XİN-dən İsrail dronları ilə bağlı açıqlama: “Bu məlumatı qətiyyətlə rədd edirik”

XİN-dən İsrail dronları ilə bağlı açıqlama:   “Bu məlumatı qətiyyətlə rədd edirik”
  30 Avqust 2019    Oxunub:2532
"Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir"
Bunu Azvision.az -a Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

"Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır", - deyə XİN rəsmisi qeyd edib.

Azvision.az



Teqlər: XİN   İsrail   Dron  





Xəbər lenti