Elmar Məmmədyarov: `Biz həmişə buna dəvət edirik`

Elmar Məmmədyarov: `Biz həmişə buna dəvət edirik`
  06 Dekabr 2013    Oxunub:1006
“İsveçrənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında necə iştirak etməsi onun öz seçimidir”.
İsveçrənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansı şəkildə iştirak etməsi onun öz seçimidir.

AzVision.az APA- ya istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov İsveçrənin 2014-cü ildə ATƏT-də sədrliyini nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakının mümkünlüyünü izah edərkən bildirib.

“Biz həmişə buna dəvət edirik. İsveçrə XİN rəhbəri ilə keçirilmiş görüşdə də bizim mövqemiz ondan ibarət olub ki, bu münaqişə ilə məşğul olmaq lazımdır. Onlar da razıdır. İsveçrənin Dağlığ Qarabağ münaqişəsinin nizamlanmasında necə iştirak etməsi onun öz seçimidir və bu onların özlərindən asılıdır”, deyə nazir qeyd edib.

Xatırladaq ki, Türkiyə mətbuatı bir müddət əvvəl İsveçrənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakı ilə bağlı məsləhətləşmələrin keçirildiyi barədə məlumat yaymışdı.


Teqlər:  





Xəbər lenti