Naxçıvanda taktiki-xüsusi təlim keçirilib - FOTOLAR

Naxçıvanda taktiki-xüsusi təlim keçirilib -  FOTOLAR
  30 Avqust 2019    Oxunub:2136
Naxçıvan Günəş Elektrik Stansiyasında taktiki-xüsusi təlim keçirilib.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Günəş Elektrik Stansiyasında “Elektrik stansiyalarında yanğınların qarşısının alınması və söndürülməsi zamanı idarəetmə orqanları və qüvvələrin fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.



Təlimə nazirliyin aparatının və Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq vəzifəli şəxsləri, Naxçıvan şəhər, Babək, Şahbuz və Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin yanğından mühafizə bölmələri, Böhrаn Vəziyyətlərində İdаrəеtmə Mərkəzinin “112" qaynar telefon xətti, “101” xidməti və Naxçıvan Günəş Elektrik Stansiyasının rəhbərliyi cəlb olunub.



Təlimin keçirilməsində məqsəd stansiyada ehtimal olunan yanğınlar zamanı yаrаnа biləcək vəziyyətin qiymətləndirilməsi və qərarın qəbulu üzrə təlim iştirаkçılаrınа təcrübə qаzаndırmаq, yanğınların söndürülməsi zamanı yanğından mühafizə bölmələrinin uzlaşmış fəaliyyətini təşkil etmək, həmçinin yanğınların operativ və cəld söndürülməsi üçün qüvvə və vasitələrin düzgün bölüşdürülməsinə, yanğın sahələrinin məhdudlaşdırılmasına, yanğınsöndürmə texnikalarının hərəkətinin məhdud olduğu ərazilərdə əlaltı vasitələrlə yanğının söndürülməsinə nail olmaqdan ibarət olub.





Azvision.az


Teqlər: Naxçıvan   Təlim   FHN  





Xəbər lenti