Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  30 Avqust 2019    Oxunub:1269
Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avqustun 29-da saat 23 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində kənd sakini E.Hüseynov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən Mirzəli kənd sakini Qafur Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza   Piyada   Cəlilabad  





Xəbər lenti