FHN: 500 ha sahədə yanğınlar tam söndürülüb

 FHN:  500 ha sahədə yanğınlar tam söndürülüb
  29 Avqust 2019    Oxunub:1511
Son günlər ərzində Oğuz-Qəbələ rayonları istiqamətində mürəkkəb relyefli dağlıq zonada ümumilikdə 500 ha sahədə meşə, meşəətrafı kol-kos, örüş sahələri və bələdiyyə fonduna aid ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və kənd bələdiyyələrinin nümayəndələri də iştirak edib.

Azvision.az



Teqlər: FHN   Yanğın   Qəbələ  





Xəbər lenti