“Qarabağ”ın oyununa 13 min bilet satılıb

“Qarabağ”ın oyununa 13 min bilet satılıb
  29 Avqust 2019    Oxunub:1118
“Qarabağ” - “Linfild” oyunu üçün bilet satışı davam edir.
Azvision.az xəbər verir ki, artıq 13 min bilet satılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" "Linfild" klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Azvision.az


Teqlər: Qarabağ   Linfild   Avroliqa  





Xəbər lenti