Tramp Ukraynaya ayrılan pulla bağlı tapşırıq verdi

Tramp Ukraynaya ayrılan pulla bağlı tapşırıq verdi
  29 Avqust 2019    Oxunub:1078
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik komandasına Ukraynaya ayrılan hərbi yardıma yenidən baxılmasını tapşırıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, yardım proqramı çərçivəsində Vaşinqton Ukraynaya 250 milyon dollar pul vermək niyyətindədir.

"Politico" qəzetinin yaydığı məlumata görə, Tramp ABŞ maraqlarının prioritetliyini təmin etmək istəyir və ayrılan pulların istifadəsinin Vaşinqtonun tələblərinə uyğun gəlib-gəlməməsi ilə bağlı zəmanət tələb edir.

Ukraynaya yardım məsələsi ilə müdafiə naziri Mark Esper və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton məşğul olur.

Qeyd edək ki, 2019-cu maliyyə ili üçün Vaşinqton Ukraynaya silahlanma, təlim və təchizat üçün 250 milyon dollar ayırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti