Lökbatanda iki maşın toqquşub, ölən və yaralılar var

Lökbatanda iki maşın toqquşub, ölən və yaralılar var
  29 Avqust 2019    Oxunub:1596
Avqustun 28-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti