Bakı polisindən vətəndaşlara və jurnalistlərə müraciət

Bakı polisindən vətəndaşlara və jurnalistlərə müraciət
  29 Avqust 2019    Oxunub:1141
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə və jurnalistlərə müraciət edib.
Azvision.az -ın məlumatına görə, müraciətdə bildirilib ki, paytaxtda hərəkət iştirakçılarının - sürücülərin, piyadaların həyatına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətləri edənlərlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər davam etdirilir.

"Bu istiqamətdə işin səmərəli olması üçün paytaxt yollarında rastlaşdığınız ictimai təhlükəli əməllərlə bağlı polisi məlumatlandırmağı tövsiyə edirik. İctimai qaydanın etibarlı qorunması hər birimizin vəzifəsidir" - məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Müraciət   Jurnalist   Polis  





Xəbər lenti