Balakən sakinlərindən 60 kq narkotik götürülüb - FOTOLAR

Balakən sakinlərindən 60 kq narkotik götürülüb -    FOTOLAR
  29 Avqust 2019    Oxunub:2211
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lahıc kəndi ərazisində yerləşən çöl sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik tərkibli bitkilər becərən Balakən rayonu Qasbinə kənd sakinləri, 32 yaşlı Pərviz Caniyev və həmyaşıdı Aydın Pirxiyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə qeyd olunan əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 57 kiloqram olan 121 ədəd narkotik xassəli çətənə bitkiləri və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar olunub.



Dindirilmə zamanı P.Caniyev və A.Pirxiyev törətdikləri cinayət əməllərini etiraf ediblər. Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır.




Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti