Gəncədə keçiriləcək "Hackathon"a seçim başladı

Gəncədə keçiriləcək "Hackathon"a seçim başladı
  29 Avqust 2019    Oxunub:1464
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncədə baş tutacaq “Hackathon”a seçim turları başlayıb.
Azvision.az xəbər verir ki, seçimlərdən uğurla keçən iştirakçılar təlim və yarışlarda iştirak edəcəklər. Proqram 16-20 sentyabr tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzində keçiriləcək.

Tədbirin ilk 2 günü iştirakçılar əsas təşəbbüskarlıq anlayışları ilə tanış olacaqlar. Növbəti 3 gün ərzində keçiriləcək “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq etməyə çalışacaqlar.

Qeydiyyat forumu: https://forms.gle/J3skrtpJHttPoSd27https://forms.gle/J3skrtpJHttPoSd27

Azvision.az



Teqlər: Hackathon   Gəncə  





Xəbər lenti