Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlanacaq

Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlanacaq
  28 Avqust 2019    Oxunub:1333
Məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlanması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.

Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün uşağın mübadilə vərəqini (sağlamlığı haqqında tibbi arayışı (forma 26U) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.

Azvision.az


Teqlər: TəhsilNazirliyi   Məktəbəhazırlıq  





Xəbər lenti