Qazaxda itikin düşən ana və uşaqları tapıldı

 Qazaxda itikin düşən ana və uşaqları tapıldı
  28 Avqust 2019    Oxunub:2400
Qazaxda itikin düşən ana və övladları Bakıda tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Qazax rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova övladları - 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımovla Bakı şəhərində polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə onun yaxınlarına məlumat verilib.

Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, N.Qasımova və övladalrı avqustun 4-də Qazax rayon Ağköynək kəndindəki evindən evindən çıxaraq bir daha geri qayıtmayıb.

Azvision.az



Teqlər: DİN   Qazax  





Xəbər lenti