“Hərbiyyə”nin ikinci günü FOTOLARDA
Eləcə də iştirakçılara peşəkar hərbiçilər tərəfindən atıcı silahların, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan silahların sökülüb-yığılması və təhlükəsizlik qaydaları haqqında məlumat verilib. Düşərgə çərçivəsində normativlərin qəbulu keçirilib və AK-74 silahlarında döyüş güllərindən istifadə edilərək praktiki atış icra olunub.
Təlimlər zamanı fərqlənən bir qrup iştirakçı üçün “İsgəndər qalası”na ekskursiya edilib. Sonda Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun şəhid olduğu Motudərə yaxınlığındakı zirvədə anım mərasimi keçirilib.
“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və www.azvision.az xəbər saytıdır.
Azvision.az
Teqlər: Hərbiyyə Düşərgə ASANxidmət