Türkiyə Rusiyadan “Su-57”lər alır? - VİDEO

   Türkiyə Rusiyadan “Su-57”lər alır? -  VİDEO
  28 Avqust 2019    Oxunub:4306
Ötən gün Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan "MAKS-2019" aviakosmik beynəlxalq sərgisinin açılışında iştirak ediblər. Prezidentlər sərgidə nümayiş olunan Rusiyanın ən yeni "Su-57" döyüş təyyarəsinə baxış keçiriblər. Dövlət başçıları nərdivanla təyyarənin kabinəsinə qalxıblar.
"Su-57" təyyarəsindən başqa, prezidentlər "Su-35" qırıcı təyyarəsi, "Ka-62" və "Mi-38" helikopterləri ilə də tanış olublar. Putin, həmçinin türkiyəli həmkarına "Be-200" amfibiya təyyarəsinin əsas xüsusiyyətləri haqqında məlumat verib.



5-ci nəsil "Su-57" qırıcısına baxış zamanı Ərdoğan Putindən soruşub: "Bu təyyarə uçur?" Putin təsdiqləyici cavab verib və əlavə edib ki, təyyarənin uçuşunu aviaşou zamanı nümayiş etdirəcəklər.

Ərdoğan yenə sual verib: "Bəs onu satın almaq olar?". Putin bir az düşünüb və yenə təsdiq cavabı verib. Bundan sonra prezidentlər gülməyə başlayıblar.



Bəzi Rusiya KİV-lərində yayılan məlumatlara görə, Türkiyə "Su-57" döyüş təyyarələrinə çox böyük maraq göstərir. İddia edilir ki, ötən gün hər iki ölkənin nümayəndələri arasında "Su-57" və "Su-35"lərin alışına dair danışıqlar aparılıb. Rəsmi qurumlar isə hələlik bu barədə açıqlama verməyə tələsmirlər.

Azvision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti