Deputat oğluna vəzifə verildiyini təsdiqlədi

Deputat oğluna vəzifə verildiyini təsdiqlədi
  28 Avqust 2019    Oxunub:8278
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deputat Flora Qasımovanın oğlu, polis polkovniki Elsevər Mirzəyevə yeni vəzifə verib. Nazirin əmri ilə E.Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Deputat Flora Qasımova Azvision.az -a açıqlamasında məlumatı təsdiqləyib. Millət vəkili oğluna göstərdiyi etimada görə, Vilayət Eyvazova təşəkkürünü bildirib:

"Cənab nazir hara təyin etsə, oğlum orada ləyaqətlə işləməlidir. Təyinatından asılı olmayaraq, hər kəs kimi, mənim oğlum da işini ləyaqətlə görməlidir".

Qeyd edək ki, E.Mirzəyev Milli Qəhrəman Şirin Mirzəyevin və deputat Flora Qasımovanın oğludur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: DİN   Deputat  





Xəbər lenti