Taksi sürücüsünü qarət edən iki nəfər tutuldu

  28 Avqust 2019    Oxunub : 816
Taksi sürücüsünü qarət edən iki nəfər tutuldu
Avqustun 27-də Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edib. O, bildiribr ki, həmin gün saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.
DİN Mətbuat Xidmətinən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN