BƏƏ-də "Qadınlar Günü" qeyd olunur

BƏƏ-də "Qadınlar Günü" qeyd olunur
  28 Avqust 2019    Oxunub:2041
"BƏƏ Qadınlar Günü" qadınların vətən və gələcək nəsillərin formalaşmasındakı fəal rolu və fədakarlığına minnətdarlıq rəmzi kimi hər il 28 avqust tarıxində qeyd edilən xüsusi bir gündür.
Birləşmiş Ərəb Əmirlikləri dövlətinin Azərbaycan Respublikasındakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, ilk dəfə bu gün 1975-ci ildə təsis edilmiş Qadınlar Birliyinin ildönümü münasibəti ilə 2015-ci il 28 avqust təqvimində BƏƏ Ümumqadın Birliyinin sədri, Ailə inkişaf fondunun prezidenti, Qadın və uşaq Ali Şurasının sədri "Əmirliklər anası" Əlahəzrət Şeyxə Fatimə bint Mubarakın (Allah onu qorusun) təşəbbüsü ilə qeyd edilmişdir.

Bu il "BƏƏ Qadınlar Günü" mərhum lider Şeyx Zayed bin Sultan Al Nahyanın əsasını qoyduğu iz ilə - Tolerantlıq və sülh içində birgə yaşayışın bütün dünyada əkdiyi xeyir, həmçinin pak dinimizin əvvəli olan gözəl əxlaqı təşviq edən qadınların təkcə BƏƏ-də deyil, bütün dünyada tolerantlıq, sevgi və sülhün yayılmasındakı ali rolunu əsas götürərək "Qadın tolerantlıq rəmzidir" şüari altında qeyd edilir.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nahyanın göstərişləri əsasında 2019-cu il seçkilərindən etibarən qadınların BƏƏ Ali Məclisindəki say yerləri 50%-dək yüksəldildi, hazırda parlamentdə 8 qadın üzv vardır ki, bu da ümumi sayı 40-a çatan ümumi üzvlərin 20-%-ni təşkil edir. Bu addımlar BƏƏ dövlətinin gələcəkdə qadınların həyatın bütün sahələrində, o cümlədən siyasi sferada rolunun artırılmasına yönəlmişdir.

BƏƏ qadınları həmçinin Xairici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində aparıcı diplomatik vəziflər tutur. 2019-cu ilə olan statistika belədir ki, BƏƏ Xairici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində çalışan qadınların sayı 234-ə , dövlətin xarici ölkələrdəki diplomatik korpuslarında çalışan qadınların sayı isə 42-yə çatmışdır. Həmçinin dövlətin xarici ölkələrdə 7 qadın səfiri fəaliyyət göstərir.

"Biz də öz növbəmizdə BƏƏ qadınına dövlətimizin müxtəlif sahələrdəki inkişafına verdiyi töhvələrinə görə dərin minnətdarlığımız bildiririk. Xüsusilə, BƏƏ hökümətinə və rəhbərliyinə qadınlara nümunəvi şəkildə cəmiyyətin inkişafındakı roluna göstərdikləri dəstək üçün təşəkkür edirik."


Azvision.az



Teqlər: BƏƏ   Qadınlar-Günü  





Xəbər lenti