Deputatların tətili bitir, gələn həftədən iş başlayır

Deputatların tətili bitir, gələn həftədən iş başlayır
  28 Avqust 2019    Oxunub:2228
Azərbaycanda millət vəkillərinin yay məzuniyyəti gələn həftə başa çatır.
Azvision.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşır.

Qanunvericiliyə əsasən, Milli Məclisdə komitə iclasları sentyabrın 15-dən, parlamentin payız sessiyası isə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlar məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət alırlar.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliMəclis   Deputat   Tətil  





Xəbər lenti