3 rayonda qaz təchizatı dayandırılıb

3 rayonda qaz təchizatı dayandırılıb
  28 Avqust 2019    Oxunub:1150
Avqustun 28-də səhər saat 08:00-dan Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi prospekti, H.Əliyev prospektində, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti