3 ekzotik planet kəşf edildi

 3 ekzotik planet kəşf edildi
  28 Avqust 2019    Oxunub:2380
Tədqiqatçılar Yer kürəsindən 12 işıq ili məsafədə yerləşən 3 ekzotik planet kəşf ediblər.
Bununla bağlı Astronomiya İnstitutunun İspaniyanın Barselona şəhərində keçirdiyi konfransda tədqiqatçı İqnasi Ribas məlumat verib.

Astronom bildirib ki, bu kəşfdən sonra tədqiqatçılar Günəş sisteminin qonşuluğunda yerləşən qaya planetlərin aşkar olunmasına doğru daha bir addım atıblar.

Kəşf olunan hər üç qaya planeti Günəş sisteminin xaricində yerləşir və Yer kürəsindən ən azı 1,4-1,8 dəfə böyükdür. Onlar yaxınlıqda olan ulduzun ətrafında 13 gün ərzində bir dövrə vururlar. Tədqiqatçılar bildirirlər ki, bu planetlərdəki temperatur da suyun maye halında olması üçün və yaşayış üçün əlverişli ola bilər. İnsanlar üçün həyat əlamətinin 12 işıq ili uzaqlıqda ola biləcəyini qeyd edən astronomlar əlavə ediblər ki, kiçik ekzotik planetlərin keçmişdə fəal olduqları ehtimal olunur.

Bir işıq ili təxminən 9,5 trilyon kilometrə bərabərdir. Yəni saniyədə 300 min km/saat sürətlə hərəkət edən işıq şüaları 1 ildə 9,5 trilyon km yol qət edir. (AzərTAc)

Azvision.az



Teqlər: Planet  





Xəbər lenti