Azərbaycanın coğrafi obyekt adları tədqiq olunur

Azərbaycanın coğrafi obyekt adları tədqiq olunur
  27 Avqust 2019    Oxunub:4856
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın coğrafi obyekt adları tədqiq olunur.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, ilkin mərhələdə Aran zonasının - Sabirabad, Salyan, Saatlı, Neftçala rayonlarının toponimləri tədqiq edilib. Ərazi üzrə 200 toponim qeydə alınıb. Onlar növünə görə oykonimlər, hidronimlər, az miqdarda oronimlər və s. toponimlərdən ibarətdir.

Rayon toponimiyasının tərkibində oykonimlər üstünlük təşkil edir. Bunun başlıca səbəbi ərazinin coğrafi şəraiti və relyef xüsusiyyətləri ilə bağlıdır. Burada düzənlik və dəniz səviyyəsindən aşağı olan sahələr geniş yer tutduğu üçün ərazidə tayfa, nəsil, tirə və şəxs adını əks etdirən oykonimlər geniş yayılıb.

Azvision.az



Teqlər: AMEA  





Xəbər lenti