Xətai rayonunda ofisdən oğurluq edilib

Xətai rayonunda ofisdən oğurluq edilib
  27 Avqust 2019    Oxunub:1873
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə avqustun 25-də Sarayevo küçəsindəki ofislərin birindən içərisində 1700 manat pul və sənəd olan pulqabının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Əhmədov qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti