FHN: 5 rayonda yanğınlar tam söndürülüb

   FHN:    5 rayonda yanğınlar tam söndürülüb
  27 Avqust 2019    Oxunub:1479
Qəbələ, İsmayıllı, Qusar, Bərdə və Ağsu rayonlarının ərazilərində baş verən yanğınların qarşısı tam alınıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qəbələ rayonunun Solquca, İsmayıllı rayonunun Pirəbülqasım, Qusar rayonunun Cibir, Bərdə rayonunun Cumalar, Ağsu rayonunun Kəndaxan kəndləri ərazilərində meşə və meşəətrafı zonalarda baş vermiş yanğınlar bu qurumun müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti