Boya sexindəki yanğın söndürülüb - FOTO (Yenilənib)

 Boya sexindəki yanğın söndürülüb -  FOTO (Yenilənib)
  27 Avqust 2019    Oxunub:2437
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1200 m² olan birmərtəbəli boya emalı sexinin yanar konstruksiyaları 200 m² sahədə və 4 ədəd dəzgah yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

***

Bakı şəhərinin Nərimanov rayonunda boya sexində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitəsi ilə söndürülüb.

Bu barədə Azvision.az -a FHN-in mətbuat xidmətindən məlumat verilib

***

Bir qədər əvvəl Nərimanov rayonu ərazisində boya sexində yanğın hadisəsi baş verib. Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda “Ulduz” stansiyası ilə Heydər Əliyev prospektini birləşdirən Araz küçəsindən istifadə etməmələri xahiş olunub.



Azvision.az


Teqlər: BNA   Yanğın  





Xəbər lenti