Bir il əvvəl evləndiyi qadını boğaraq öldürdü

Bir il əvvəl evləndiyi qadını boğaraq öldürdü
  27 Avqust 2019    Oxunub:1995
Türkiyənin Konya bölgəsinin Ereğil rayonunda qətl törədilib. Ələddin Qarasu adlı yerli sakin bir il əvvəl evləndiyi həyat yoldaşı Gülsüm Qarasunu başındakı yaylıqla boğaraq öldürüb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saat 01:30 radələrində baş verib. Hadisədən əvvəl cütlük arasında mübahisə düşüb. Bundan qəzəblənən kişi baş örtüyü ilə həyat yoldaşını boğaraq öldürüb. Hadisə yerindən qaçan Qarasu bir saatdan sonra polis əməkdaşlarına təslim olub.



Cinayəti törədən şəxs bundan əvvəl bir dəfə evli olub. Onun birinci ailəsindən 3 uşağı var.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Türkiyə   Şiddət  





Xəbər lenti