Ülvi Mehdiyev: “Hər birimiz Azərbaycan əsgəriyik”

 Ülvi Mehdiyev:  “Hər birimiz Azərbaycan əsgəriyik”
  26 Avqust 2019    Oxunub:4965
"Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi hər dəfə daha çox gənci əhatə edir. Düşərgənin məqsədi gənclərdə döyüş ruhunun yüksəldilməsi və hərbi-vətənpərvərliyin artırılmasıdır.
Azvision.az xəbər verir ki, bunu sayca üçüncü "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Dövlət Agentliyinin sədri bildirib ki, bu gün "ASAN Könüllüləri" 20 min gənci öz ətrafında birləşdirib.

"Könüllülər bu günə qədər 500 layihə həyata keçiriblər. "Hərbiyyə" bugünkü şəraitdə Azərbaycan gəncinin ən vacib və faydalı tədbirlərindən biridir. Hər birimiz Azərbaycan əsgəriyik. Bu gün əsgərimizin xidmət etməsi üçün hər cür şərait yaradılıb. Bizə qalan dövlətə, dövlətçiliyə və Ali Baş Komandana sədaqətlə xidmət etməkdir. Gələcəkdə bu düşərgədə iştirak edən gənclərin sayı artırılacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ÜlviMehdiyev  





Xəbər lenti