28 yaşlı qadın uşaqları ilə birgə itkin düşüb

 28 yaşlı qadın uşaqları ilə birgə itkin düşüb
  26 Avqust 2019    Oxunub:1973
Qazaxda itkin düşən ana və övladları yaxınları tərəfindən axtarılır.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Qazax rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova azyaşlı uşaqları, 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımova ilə birlikdə avqustun 4-ü Qazax rayon Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

N. Qasımovanın əlamətləri belədir: boyu 157 sm, arıq bədən quruluşlu, gödək qara saçlara malik, gözlərinin rəngi şabalıdı.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 392-02-21, (055) 335-29-55 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az



Teqlər: DİN   Qazax   Ana   Uşaq   İtkin  





Xəbər lenti