Tramp Rusiyaya görə liderlərlə mübahisə edib

 Tramp Rusiyaya görə liderlərlə mübahisə edib
  26 Avqust 2019    Oxunub:2298
ABŞ prezidenti Donald Tramp "G7" üzvü olan ölkələrin liderləri ilə Rusiyanın geri qayıtması məsələsində mübahisə edib.

Azvision.az xəbər verir ki, bu barədə “The Guardian” diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Biarrits sammitində digər "G7" ölkələrinin liderləri Rusiyanın qayıtmasına dair təklifi dəstəkləməyiblər və bununla gərgin müzakirələr başlayıb. Tramp həmkarlarının arqumentləri ilə razılaşmayıb.

ABŞ prezidenti İran, Suriya və Şimali Koreya problemlərini müzakirə etmək üçün Rusiyanın "G7"-də iştirakının vacibliyini diqqətə çatdırıb.

Yaponiyanın Baş naziri Sindzo Abe bitərəf mövqe sərgiləyib, İtaliyanın Baş naziri Cuzeppe Konte isə Trampı dəstəkləyib. Onlardan fərqli olaraq, Avropa Şurasının rəhbəri Donald Tusk başda olmaqla digər liderlər Rusiyanın "G7"-yə qayıtmasına qarşı çıxıblar.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rusiya   ABş  





Xəbər lenti