Qaraçuxur və Suraxanıda su olmayacaq

Qaraçuxur və Suraxanıda su olmayacaq
  26 Avqust 2019    Oxunub:1044
Bakının iki qəsəbəsində suyun verilişində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, “+ 98 Qaraçuxur” su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar 26 avqust 2019-cu il tarixində gün ərzində Qaraçuxur qəsəbəsinə və Suraxanı qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azvision.az


Teqlər: Su  





Xəbər lenti