Dağda itkin düşən kişinin meyiti tapıldı

   Dağda itkin düşən kişinin meyiti tapıldı
  26 Avqust 2019    Oxunub:1420
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə bir nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.​

Azvision.az



Teqlər: FHN   Dağ   Meyit   İtkin  





Xəbər lenti