Qubada dünən başlayan yanğın söndürülüb

Qubada dünən başlayan yanğın söndürülüb
  25 Avqust 2019    Oxunub:1427
Avqustun 24-dən Quba rayonunun Çiçi bələdiyyəsi ərazisində başlayan yanğın söndürülüb.
Azvision.az xəbər verir ki, yanğın 15 hektara yaxın ərazini əhatə edib. Alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti, yerli icra qurumlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri yaxından iştirak ediblər.

Azvision.az



Teqlər: FHN   Quba   Yanğın  





Xəbər lenti