İranda gecə klubunda 52 nəfər saxlanılıb

   İranda gecə klubunda 52 nəfər saxlanılıb
  25 Avqust 2019    Oxunub:2388
İranın Mazandaran vilayətinin Sari rayonunda gizli gecə klubu aşkar edilib.
Azvision.az xəbər verir ki, gecə klubunda keçirilən əməliyyat nəticəsində 52 nəfər saxlanılıb. Onlardan 29 nəfəri oğlan, 23 nəfəri isə qızdır.

Qeyd edək ki, İranda gecə klublarının fəaliyyəti qanunla qadağandır.

Azvision.az



Teqlər: İran   Gecə-Klubu  





Xəbər lenti