Tramp Fransanı şərabla hədələyir

  24 Avqust 2019    Oxunub : 1016
 Tramp Fransanı şərabla hədələyir
"Biz onların çaxırlarına elə vergi tətbiq edəcəyik ki, ömürlərində belə vergi görməyiblər".
Azvision.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "G-7" görüşünə getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, "Amazon", "Apple", "Facebook" və "Google" kimi nəhəng rəqəmsal şirkətlərə qarşı tətbiq olunan vergilərin fonunda ABŞ Fransa çaxırlarına bu ölkədə hələ görünməmiş vergilər tətbiq edə bilər.

ABŞ prezidenti bundan əvvəl də bir neçə dəfə fransız şərablarına tətbiq edilən vergilərin artırılacağı ilə açıqlamlar verib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   Fransa