Ərdoğan bir günlük Moskvaya gedir

  24 Avqust 2019    Oxunub : 1012
Ərdoğan bir günlük Moskvaya gedir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, avqustun 27-də prezident Ərdoğan Rusiya Federasiyasına bir günlük səfər etməyi planlaşdırır. Səfərin məqsədi və proqramı hələlik açıqlanmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbəri təsdiqləyib. Qeyd edib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar avqustun 27-də keçiriləcək. Görüş Moskvada baş tutacaq.

Azvision.az

Teqlər: Ərdoğan   Putin   Rusiya   Səfər