FHN dağlıq ərazidəki yanğını belə söndürür - VİDEO

  24 Avqust 2019    Oxunub : 1647
FHN dağlıq ərazidəki yanğını belə söndürür - VİDEO
Xəbər verdiyimiz kimi, avqustun 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.

FHN-in hadisə yerindən lentə aldığı görüntüləri təqdim edirik:



Azvision.az

Teqlər: FHN   Yanğın   Qəbələ