İndoneziyadan Azərbaycana dəstək: “Ordumuz köməyə hazırdır”

  23 Avqust 2019    Oxunub : 3917
 İndoneziyadan Azərbaycana dəstək: “Ordumuz köməyə hazırdır”
"İndoneziya Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və dəstəkləməkdə davam edəcək".
Azvision.az xəbər verir ki, bunu media nümayəndələri ilə görüşündə İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani bildirib. Onun sözlərinə görə, İndoneziya Azərbaycanı hər zaman bütün məsələlərdə dəstəkləyir.

"İndoneziya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyir. Bildiyimiz kimi, İndoneziyanın Livanda hərbi qüvvələri var və həmin hərbi qüvvələr hər zaman Azərbaycanın yardımına gəlməyə hazırdır".

Fənani qeyd edib ki, Azərbaycan və İndoneziya arasında sıx əlaqələr mövcuddur: "Azərbaycan Odlar Yurdudur. İndoneziyanı isə Odlar Halqası hesab etmək olar. Çünki İndoneziyada çoxlu vulkan var. Hər birimiz odlar yurdunun insanıyıq. Od istilik, bir xalqın birliyi deməkdir. Azərbaycan-İndoneziya xalqı ayrılmazdır, iki dövlət ayrılmazdır. İki xalq arasında isti əlaqələr var".

Aytən Zəhra
Azvision.az

Teqlər: İndoneziya   Səfir