“Azərkosmos” Füzulinin təsvirini yaydı - FOTO

  23 Avqust 2019    Oxunub : 1290
 “Azərkosmos” Füzulinin təsvirini yaydı - FOTO
“Azərkosmos” ASC təcavüzkar Ermənistan tərəfindən Füzuli rayonunda dağıdılmış Füzuli şəhərinin “Azersky” peyki vasitəsilə 2017-ci il iyulun 3-də əldə olunmuş təsvirini yayımlayıb.
Azvision.az ASC-yə istinadla xəbər verir ki, bu gün Füzuli rayonunun ermənilər tərəfindən işğal olunmasından 26 il ötür. “Füzuli rayonunun ərazisində bir milyon il əvvələ aid qədim insanların yaşadığı mağaraların qalıqları yerləşir. Cənubi Qafqaz regionunda qazıntılar zamanı ən qədim metal tapıntılar məhz Füzuli rayonunda aşkar olunub”, - deyə “Azərkosmos”un məlumatında qeyd olunur.

Qeyd edək ki, cari ilin iyun-iyul aylarında Yer səthinin məsafədən müşahidəsi peyki “Azersky” təsvirləri vasitəsilə Azərbaycanın Füzuli rayonunun təxminən 15 min hektar sahəsində Ermənistan tərəfindən yanğınların törədildiyi qeydə alınıb.



Azvision.az

Teqlər: Azərkosmos