Köməksiz qalan 4 nəfər xilas edildi

  23 Avqust 2019    Oxunub : 415
Köməksiz qalan 4 nəfər xilas edildi
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az

Teqlər: FHN   Lift   Kömək