Taxta bazarındakı yanğınla bağlı yeni məlumat

  22 Avqust 2019    Oxunub : 841
Taxta bazarındakı yanğınla bağlı yeni məlumat
Fövqəladə Hallar Nazirliyi (FHN) taxta bazarında baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb.

Yanğının söndürülməsi üçün əraziyə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib.

İlkin hesablamalara görə, təxminən, 7200 kvadratmetr taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Azvision.az

Teqlər: FHN   Yanğın   Bazar