Komitə sədri qəbul keçirəcək

  22 Avqust 2019    Oxunub : 732
Komitə sədri qəbul keçirəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsən, Gəncə, Kəlbəcər rayonlarından olan sakinləri qəbul edəcək.
Komitədən Azvision.az -a verilən məlumata görə, qəbul avqustun 27-də saat 10:00-da Daşkəsən rayon Dövlət Arxiv İdarəsində (Daşkəsən şəhəri, Heydər Əliyev meydanı, 2) keçiriləcəkdir.

Həmin tarixdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov saat 12:00-da Göygöl rayon Heydər Əliyev Mərkəzində Göygöl, Samux, sədr müavini Gündüz İsmayılov isə Naftalan rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da Naftalan, GoranboyXocalı rayon sakinləri ilə görüşəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Azvision.az

Teqlər: Sədr   Qəbul