“Yanğınlar bəzi hallarda qəsdən törədilir” - Nazir müavini
Nazir müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, yanğınların böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı səbəbindən, bəzi hallarda isə qəsdən törədilir.
"Biz belə halların baş verməməsi, günahkar şəxslərin qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik. Kimlərinsə səhlənkarlığı, etinasızlığı, odla ehtiyatsız davranması nəticəsində iki gündür ki, "Hirkan" Milli Parkının və Yardımlı rayonunun yüksək dağlıq meşə ərazilərində isti havada gecə-gündüz alovun qarşısına çıxıb əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq. Amma biz meşələrimizin qədrini bilməyənlərə örnək olmaq üçün yanmış sahələrə payız mövsümündə ərazilərə uyğun meşəcinsli ağaclar əkəcəyik. Hətta çalışacağıq ki, qonşu kəndlərin sakinlərini də ağac əkilməsinə cəlb edək. Bəlkə bundan sonra onlar əkdikləri ağacları, meşələri bizimlə birgə qorumağa başlayarlar. Nazirlik olaraq yanğının söndürülməsində yaxından iştirak edən hər bir sakinə, hər bir vətəndaşa təşəkkür edirik".
Nazir müavini havaların isti və quraq keçməsi ilə əlaqədar hər kəsi meşə sahələrinə, təbiətə münasibətdə həssas olmağa çağırıb
Aytən Zəhra
Azvision.az