Üç ölkə ilə gömrük yoxlamaları sadələşdirilə bilər

Üç ölkə ilə gömrük yoxlamaları sadələşdirilə bilər
  22 Avqust 2019    Oxunub:2730
Gömrük Komitəsi Türkiyə, Gürcüstan və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək niyyətindədir.

Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, komitə hazırda üç ölkə ilə bu istiqamətdə danışıqlar aparır. Layihənin icrası üçün memorandumun hazırlanması işləri görülür.

Layihə tətbiq olunduğu halda Bakıdan Türkiyə, Rusiya və Gürcüstana gedən və əks istiqamətdə gələn avtobuslar yalnız bir dəfə başlanğıc nöqtəsində gömrük yoxlanışından keçəcək.

Azvision.az



Teqlər: Gömük   Yoxlama   Avtobus   DGK  





Xəbər lenti