Şəmkirdə 2 tona yaxın çətənə kolu məhv edilib

  21 Avqust 2019    Oxunub : 575
Şəmkirdə 2 tona yaxın çətənə kolu məhv edilib
Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaryağdı kəndi ərazisində bir hektar sahədə yabanı halda bitmiş, çəkisi 1,8 ton olan 1830 çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları məhv edilib

Azvision.az

Teqlər: DİN   Narkotik   Şəmkir