Komitə sədri Gədəbəydə qəbul keçirib
Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.
Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Həmçinin qeyd edək ki, avqustun 21-də Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ağstafa və Qazax rayonlarında, sədr müavini Sabir Əhmədov isə Tovuz rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul ediblər.
Azvision.az
Teqlər: Rövşən-Rzayev