Ermənistan ordusunda 21 milyonluq yeyinti faktı

 Ermənistan ordusunda 21 milyonluq yeyinti faktı
  21 Avqust 2019    Oxunub:2067
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin Müdafiə Nazirliyində külli miqdarda mənimsəmə faktını aşkar edib.
Azvision.az "Armenpress"ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri təchizatçı şirkətlə danışığa gedərək çatdırılmaları sazişlərini şişirdilmiş qiymət olan müqavilələr üzrə bağlayıblar.

Nəticədə nazirliyin ehtiyacı olan malların qiymətləri real bazar dəyərindən yüksək göstərilib və 21 milyon 700 min dram mənimsənilib. Faktla bağlı cinayət işi açılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti