“Təyyarənin “qara qutu”su zədələnib” - Açıqlama
Q.Hüseynli qeyd edib ki, Rəşadın qəzaya uğradığı təyyarə ilə radar və radioəlaqə eyni vaxtda kəsilib: "Əlaqə kəsilən kimi təyyarənin dənizə doğru yönləndiyi təspit edilib. Hər şeyi aparılan tədqiqatların nəticəsi göstərəcək. Bildiyimə görə, "qara qutu" Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Bildiyimiz kimi, təyyarə son təmir üçün Ukraynanın Lvov şəhərinə göndərilib. Ona görə də Ukraynadan mütəxəssislər çağırılıb.
"Qara qutu" bir qədər zədələndiyinə görə özləri ilə qab gətirəcəklər və qutu yeni qaba köçürüləcək. Məncə, problem olmadan oxunacaq. "Qara qutu"nun Rusiyaya göndərilməsi variantını mənim kimi ölkə rəhbrəliyi də istisna edir".
Q.Hüseynli vurğulayıb ki, Rəşad Atakişiyev çox şərəfli ömür sürüb. Onun bir çox xəyalları var idi. Amma reallaşa bilmədi.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Qabil-Hüseynli