Ailə münaqişəsi qanla bitdi: 13 nəfər güllələndi

Ailə münaqişəsi qanla bitdi:  13 nəfər güllələndi
  21 Avqust 2019    Oxunub:2173
Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonunda ailələr arasında baş verən silahlı münaqişə zamanı 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, münaqişə qızı gəlin getdiyi evdən küsülü gələn ata ilə kürəkəni arasında baş verib.
Həyat yoldaşının ata evinə gələn kürəkən onu geri qaytara bilmədiyini görüncə, qardaşı və dayısı ilə birgə özləri ilə gətirdikləri silahlardan atəş açıblar. Atəş nəticəsində 1 nəfər hadisə yerində ölüb, 12 nəfər yaralanıb. Təcili yardım həkimlərinin səylərinə baxmayaraq, daha sonra 5 nəfər həyatını itirib.

Atəş açanlardan biri polis tərəfindən saxlanıləb, kürəkən və onun dayısı qaça bilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Diyarbəkir   Ailə   Münaqişə  





Xəbər lenti