Ermənistanda qorxunc xəstəlik yayılır

   Ermənistanda qorxunc xəstəlik yayılır
  21 Avqust 2019    Oxunub:2081
Ermənistanın Qeqarkunik rayonunda “Sibir qarayarası” xəstəliyi aşkar edilib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qexovit kəndinin iki sakini Martuni şəhərinin xəstəxanasına “Sibir qarayarası”nın dəri forması əlamətləri ilə müraciət edib.
Müəyyən edilib ki, onlar bir neçə gün əvvəl heyvan kəsiblər. Bundan sonra kəndin daha 6 sakinində xəstəliyin əlamətləri tapılıb. Onların hamısının dərisində “Sibir qarayarası” virusunun törətdiyi yaralar olub.

Epidemiyanın ətraf bölgələrə yayılmasının qarşısını almaq məqsədilə kəndə göndərilən həkimlər müayinə zamanı daha beş nəfərin DNT-sində həmin xəstəliyi törədən viruslar aşkar ediblər. Onları kilinik vəziyyətlərini dəqiqləşdirmək üçün İrəvandakı “Nork” infeksiya xəstəlikləri xəstəxanasına aparıblar.

Səhiyyə Nazirliyi əhaliyə tibbi-gigiyenik normalara riayət edilməsi ilə bağlı xəbərdarlıq edib.

Azvision.az



Teqlər: Ermənistan   Qarayara   Xəstəlik  





Xəbər lenti