BMT-də ABŞ-a qarşı təcili iclas çağırıldı

 BMT-də ABŞ-a qarşı təcili iclas çağırıldı
  21 Avqust 2019    Oxunub:1460
Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Rusiya və Çinin tələbi ilə təcili iclas keçirəcək.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, növbədənkənar iclasın keçiriləməsinə səbəb ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvinə dair müqavilənin şərtlərini pozaraq raket sınaqlarını həyata keçirməsidir.

Xatırladaq ki, avqustun 18-də ABŞ “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqaviləyə əsasən qadağan edilmiş nüvə olmayan yerüstü qanadlı raketi sınaqdan keçirib. Bu isə Rusiya və Çinin etirazına səbəb olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Çin   Rusiya  





Xəbər lenti